“Tullantıları tinglərə dəyiş” aksiyasına start verilib

Ağac əkilməsinin təşviqi, eyni zamanda, tullantıların sayının azaldılması və təkrar emala dəstək məqsədilə “Bir ağac-min nəfəs” devizi altında “Tullantıları tinglərə dəyiş” aksiyasına bu gündən start verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova Frame.az-a bildirib ki, bu gün ting paylama aksiyası 6 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında keçirilir. Aksiya zamanı vətəndaşlar plastik, şüşə, kağız, işlənmiş batareyaları təhvil verərək əvəzində ağac tingi əldə edə biləcəklər.

S.Məmmədova hər kəsi aksiyalarda fəal iştirak etməyə, təbiətə fayda verəcək bu aksiyadan yararlanmağa çağırıb.

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti və “ASAN xidmət” mərkəzlərinin təşkilatçılığı ilə növbəti analoji aksiya noyabrın 4-də saat 13:30-da Quba “ASAN xidmət” mərkəzinin qarşısında keçiriləcək. “Tullantıları tinglərə dəyiş” aksiyaları barədə ətraflı məlumatı nazirliyin sosial şəbəkələrindən əldə etmək olar”, – deyə S.Məmmədova diqqətə çatdırıb.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: