SəyahətTəqdimat

“Türk Hava Yolları” Azərbaycanda endirim kampaniyası keçirir

“Türk Hava Yolları” aviaşirkəti Azərbaycanda yeni endirim kampaniyasına start verib. Kampaniya çərçivəsində İstanbuldan Bakıya, Gəncəyə və Naxçıvana, həmçinin əks istiqamətə olan aviabiletlər endirimli qiymətlərlə təklif olunur.

Belə ki, kampaniya çərçivəsində Bakı-İstanbul-Bakı aviareysi üzrə biletin qiyməti 169 avrodan,

Gəncə-İstanbul-Gəncə və Naxçıvan-İstanbul-Naxçıvan aviareysi üzrə isə 119 avrodan başlayır. Bundan başqa, İstanbul-Bakı-İstanbul aviareysi üzrə biletin minimal qiyməti 167 ABŞ dolları, İstanbul-Gəncə-İstanbul və İstanbul-Naxçıvan-İstanbul aviareysi üzrə isə 106ABŞ dolları təşkil edir. Sözügedən qiymətlərə 30 kq baqaj və 8 kq əl yükü daxildir.

Yanvarın 31-dək davam edəcək kampaniya çərçivəsində alınan biletlər ilə15 yanvar – 10 iyun tarixləri ərzindəsəyahət etmək mümkündür.Kampaniyanın qaydalarına əsasən, biletlər səyahət tarixindən minimum 5 gün əvvəl alınmalıdır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!