AirnewsSəyahətTurizm

“Türk Hava Yolları” İstanbul üzrə pulsuz ekskursiya təklif edir

Digər aviaşirkətlərdən daha çox ölkələrə və istiqamətlər üzrə uçuşlar həyata keçirən “Türk Hava Yolları” aviaşirkəti növbəti reysin minişinə 6-dan 24 saatadək vaxtı olan bütün beynəlxalq tranzit reyslərin sərnişinlərinə İstanbul üzrə pulsuz ekskursiya proqramı təklif edir. Təxminin ¼ milyon sərnişin 2009-cu ildə yaradılan “touristanbul” proqramından istifadə edib və heyrətamiz şəhər ilə tanış olmaq imkanını qazanıb.

“Türk Hava Yolları” aviaşirkəti istənilən gözləntiləri ötən və sərnişinlərə məşhur türk qonaqpərvərliyindən tam həzz almaq imkanını verən unikal xidmətlər dəstini təqdim edir.Türkiyənin milli aviaşirkəti “touristanbul” proqramı çərçivəsində transfer, tarixi yerlərin ziyarəti, həmçinin məşhur türk mətbəxininyeməklərinin dequstasiyası daxil olmaqla bir sıra əlavə xidmət təklif edir. Sərnişinlər İstanbulu olduqca parlaq və cazibədar şəhər edən heyrətamiz tarixə və mədəniyyətlərin qarışığına toxuna biləcəklər.

“Türk Hava Yolları”nın reysləri ilə uçan və növbəti reysin minişinə 6-dan 24 saatadək vaxtı olan sərnişinlər “touristanbul” ekskursiya proqramının bütün üstünlüklərdən istifadə edə bilərlər. Ekskursiyalar hər gün İstanbulun Atatürk hava limanında “Hotel Desk” qeydiyyat masasından yola düşür və 8:30-dan 11:00-dək, 09:00-dan 15:00-dək, 09:00-dan 18:00-dək, 12:00-dan 18:00-dək və 16:00-dan 21:00-dək keçirilir. Turun proqramınaTopqapı sarayı, Sultan Əhməd məscidi, Müqəddəs Sofiya məbədi, “Grand Bazar”, Qalata gülləsi, Dolmabağça sarayı və İstanbulundigər məşhur görməli yerləri ilə tanışlıq daxildir.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!