“Türk Hava Yolları” səyahət rahatlığını dəyişir
Qonaqlarını unudulmaz səyahət təcrübəsi ilə təmin edən “Türk Hava Yolları” aviaşirkəti sərnişinlər üçün yeni dizaynda “Yataq dəsti” təqdim edib. Yeni yataq kolleksiyası biznes sinif sərnişinlərinə buludların üzərində olarkən özlərini evdəki kimi hiss etmələrini təmin edəcək.
“Türk Hava Yolları” və “Zorlu Tekstil” şirkətlərinin uğurlu əməkdaşlığı nəticəsində nüfuzlu dizaynerlərin imzasını daşıyan kolleksiyanın məqsədi yatmaq üçün sağlam və yüksək keyfiyyətli mühit yaratmaqdır.
Zərif xətləri rahatlıqla birləşdirən yeni dəstin bütün parçaları sərnişinlərin uçuşlarını xoşbəxt və sağlam vəziyyətdə başa çatdırmaq üçün onların rahatlıq gözləntilərini qarşılayır. Kolleksiyanın yeni dizaynı “Türk Hava Yolları”nın dinamik marka fərdiliyini təmsil edən “Flow” fəlsəfəsini əks etdirir. Kolleksiyanın materialları müasir və minimalist dizayna üstünlük verməklə onların komfortu və yuxuya kömək edə bilməsi üçün seçilib. Kolleksiyanın naxışları, həmçinin görünüşü yeni kabin formasını və interyeri xatırladır.
“Flow yataq dəsti”nə yorğan, döşək və yastıq daxildir. Yorğan ikitərəfli dizaynlı yumşaq teksturaya malikdir. Məhsul 4 fəsil ərzində ideal temperaturu saxlamağa malikdir. Bundan başqa, həm oturmaq, həm də yatmaq üçün istifadə oluna bilən yastıq rahat materialdan ideal ölçü və klassik formada hazırlanıb.
“Yeni evimiz sayılan İstanbulun yeni aeroportu ilə birlikdə keçdiyimiz dəyişikliyə yeni innovasiyalar əlavə etməyə davam edirik. Sərnişinlərimiz innovasiya sayəsində yuxularında bizim “Yataq dəsti”mizlə keyfiyyətli yuxu ala biləcəklər. Uzunmüddətli tədqiqat və inkişafdan sonra dizayn və rahatlığı ilə unikal təcrübə yaşadacaq məhsulumuzu təqdim etdik. Biznes sinif sərnişinlərimizə qitələrarası səyahətlərində ev rahatlığı təqdim etməkdən məmnunuq”, – deyə “Türk Hava Yolları”nın vitse-preizdenti Deniz Çukur bildirib.
Frame.az