“Türk Hava Yolları” təhlükəsizlik üzrə yeni təlimat videoçarxı buraxıb
Digər aviaşirkətlərdən daha çox istiqamətlərə uçuşlar həyata keçirən “Türk Hava Yolları” məşhur “LEGO” mini-fiqurlarının maraqlı rollarda çıxış etdiyi təhlükəsizlik üzrə yeni animasiyalı təlimat videoçarxı buraxıb. “Türk Hava Yolları” üçün xüsusi hazırlanmış videoçarx “The LEGO Movie”, “The LEGO Batman Movie”, “The LEGO NINJAGO Movie” və çoxdan gözlənilən, 2019-cu ilin fevral ayında işıq üzü görəcək “The LEGO Movie 2” filmlərini ərsəyə gətirən komanda tərəfindən hazırlanıb. “Warner Bros.” konserni ilə tərəfdaşlıq çərçivəsində “The LEGO Movie” françayzinqinin məşhur personajlarını bir araya gətirən videoçarx bu gündən etibarən uçuşlar zamanı və onlayn şəkildə nümayiş etdiriləcək.
Ərsəyə gətirilən təhlükəsizlik videoçarxı (dünyada ilk “LEGO” təhlükəsizlik videosu) tamamilə hava yollarına xas bir yumoristik üslubda, unudulmaz musiqi və rəqs nömrələri ilə təhlükəsizlik prosedurlarını addım-addım sərnişinlərə əyləncəli və unikal tərzdə nümayiş etdirir. “Türk Hava Yolları” dünyada ən gənc parklardan birinə sahib olmaqdan qürur duyur və yüksək səviyyəli aviasiya təhlükəsizliyi standartlarına nail olmağa çalışır. Daimi səyahətçilər və ya ilk dəfə uçanlar üçün kabin daxili əyləncə sistemində müxtəlif dillərdə mövcud geniş film çeşidləri, TV proqramlar, musiqi və oyunlarla yanaşı, bu video sərnişinləri məlumatlandırmaq və əyləndirmək məqsədi daşıyır.
Təhlükəsizlik üzrə təlimat videoçarxı ən kiçik heyətlə ən böyük əməkdaşlığın əsasını qoymaqla “Türk Hava Yolları” və “LEGO Movie” françayzinq alyansı tərəfdaşlığının sadəcə başlanğıcıdır. “The LEGO Movie 2” filminin buraxılışı ilə isə “Türk Hava Yolları” qlobal televiziya kampaniyası, filmin tematikasına uyğun boyanmış təyyarələr, kabindaxili və aeroportdaxili kampaniyalar və hətta ikinci bir təhlükəsizlik videosu buraxmağı planlaşdırır. Bu əməkdaşlıq, sözsüz ki, əyləncəli və sevincli olacaq!
“Təhlükəsizliyə önəm verən aparıcı qlobal hava yolu şirkəti olaraq bu videonun yaradılmasında “Warner Bros” və “The LEGO” ilə əməkdaşlıq etməkdən böyük məmnuniyyət duyuruq. Biz hər yerdə nəsilləri və mədəniyyətləri bir araya gətirməklə dünyanın sevilən brendlərinə çevrilmişik. Ümid edirik, sərnişinlərimiz hər kəs üçün maraqlı ola biləcək bu videoçarxdan zövq alacaqlar”,- deyə “Türk Hava Yolları”nın İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Aycı bildirib.
“Warner Bros. Pictures Group”un və “Warner Bros. Home Entertainment”in beynəlxalq marketinq üzrə prezidenti Bler Riç: “Biz “Türk Hava Yolları” ilə yenidən əməmkdaşlıq etməkdən və rəngarəng “LEGO Movie” ilə “dünyanı günişləndirməkdən” məmnunuq. Bu əməkdaşlıq birgə səy nəticəsində sərnişinlər və onların əyləncələri ilə əlaqə qurmaq üçün ağıllı və bacarıqlı üsullar ərsəyə gətirən hər üç brendin ən yaxşı tərəfklərini nümayiş etdirir”.
“LEGO Movie” videoçarxı üzərində 2 konsept və 3 maket üzrə rəssam, 7 animator və 4 işıqlandırma üzrə mütəxəssis çalışıb. 950 gündən çox bir müddət ərzində mütəxəssislər rəsmin canlandırılması üçün 2 938 840 ədəd “LEGO” detalından istifadə ediblər. Təhlükəsizlik üzrə yeni vedioçarxın ingilis və türk dillərində 30 versiyası hazırlanıb ki, əsas məqsəd “Türk Hava Yolları”nın aviaparkında yerləşən 15 müxtəlif növ təyyarənin təhlükəsizlik detallarını əhatə etmək idi.
Sözügedən videoçarxı bu link vasitəsilə izləmək olar:https://youtu.be/C2hCN6cVuqM