“Türkiyəli ulduzlar Bakıda”
Ötən gün paytaxtın məşhur istirahət məkanlarının birində Türkiyənin son zamanlar parlamaqda olan ulduzları Sevda Özkaran və Veysel Mutlu səhnə alıb.
Frame.az xəbər verir ki, qısa zamanda dinləyicilərin rəğbətini qazanan müğənnilər ifaları ilə gecənin qonaqlarına əyləncəli anlar yaşadıblar.
Bundan əlavə, gecədə yerli müğənnilərdən Samir Piriyev, Ali Pormehr qonaqlarla eyni səhnəni bölüşüblər.
Qeyd edək ki, konsert “LA Media“ Production-un rəhbəri Lalə İbrahimovanın təşkilatçılığı ilə keçirilib.