Türkiyəyə göndərilən daha beş qazimiz sağalaraq Vətənə geri dönüb

Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 5 qazimiz sağalaraq Vətənə geri dönüb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Frame.az-a bildiriblər ki, həmin qazilər Əmrahov Ruslan Rəşid oğlu, Mikayılov Ruzigar Namiq oğlu, Ələkbərov Seymur Eyvaz oğlu, Salayev Namiq Həsən oğlu, Şirəliyev Mehman İbrahim oğludur.

Onların Türkiyədəki müalicə proseduru uğurla yekunlaşıb.

Həmin qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən və yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 35 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi qardaş ölkədə davam etdirilir.

Fond qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Allah qazilərimizə şəfa versin!

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Həmçinin Fondun 8110 “Çağrı Mərkəzi” fəaliyyət göstərir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: