Türkiyəli psixoterapevtlər vətəndaşlarımızın psixoloji reabilitasiyasına başlayıblar
Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti ilə Türkiyədən gəlmiş peşəkar klinik-psixoloq və psixoterapevtlər Vətən müharibəsi nəticəsində mənəvi-psixoloji problemlər yaşayan vətəndaşların psixoloji reabilitasiyasına başlayıblar.
Nazirliyin mətbuat xidmətindən Frame.az-a bildiriblər ki, yanvarın 22-dən etibarən FHN-in 112 – qaynar telefon xətti vasitəsilə mütəxəssislərin qəbuluna yazılmış 100-ə yaxın Vətən müharibəsi iştirakçısına, qaziyə, şəhid ailəsi üzvünə, erməni terrorundan zərər görmüş insanlara psixoterapevtik yardım göstərilib.
Xatırladaq ki, ödənişsiz həyata keçirilən seanslarda iştirak etmək üçün FHN-in 112 – qaynar telefon xətti ilə əlaqə saxlamaq lazımdır.