IqtisadiyyatTəqdimatƏn SonƏn Son

Türkiyənin rəsmi şəxslərinə “ASAN xidmət”in fəaliyyəti barədə məlumat verilib

Oktyabrın 3-də “ASAN xidmət”də Türkiyənin rəsmi şəxsləri ilə görüşlər keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Frame.az-a verilən məlumata görə, agentliyin sədri Ülvi Mehdiyev Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin rəhbəri Ali Taha Koçla və “Bilişim Vadisi” Texnoparkının Baş icraçı direktoru Ahmet Serdar İmrahimcioğlunun başçılıq etdiyi şirkət rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Ali Taha Koç ilə keçirilən görüşdə Dövlət Agentliyi və Rəqəmsal Transformasiya Ofisi arasında 2020-ci il fevralın 25-də Bakıda imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində həyata keçirilən işlər və planlanan layihələr müzakirə olunub.

Türkiyəli rəsmilərə Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti və sosial innovasiyalar sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.

Əlavə olaraq innovativ və rəqəmsal həllər sahələrində əməkdaşlıq imkanları haqqında fikir mübadiləsi aparılıb.

Qonaqlar “ASAN xidmət” mərkəzinin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin və “Bilim Bakı” mərkəzinin fəaliyyəti ilə də tanış olublar.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!