“Twix” brendinin və Azərbaycan mətbuat nümayəndələrinin arasında görüş keçirilib
Bakıda “Twix”brendinin Azərbaycan mətbuat nümayəndələri ilə ilk çay süfrəsi təşkil olunub.
Noyabr ayının əvvəlindən etibarən “Twix” brendi Azərbaycanda “Twix və Çay” və ya “Çay və Twix” kampaniyasını başlayıb. İstənilən hər kəs bu kampaniyada iştirak edərək hər gün oynanılan 2 ədəd“Twix”qutusundan birinə, həmçinin kampaniyanın sonunda hər biri 2000 manat olan iki əsas mükafatdan birinə sahib ola bilər!
Noyabrın 22-də “Twix” brendiAzərbaycanın mətbuat nümayəndələri və bloqerləri ilə ilk çay süfrəsini keçirdi. Tədbirdə brendin nümayəndələri “Twix”intarixi, şokoladkateqoriyasının inkişafı tendensiyaları və bunun çay istehlakı ənənələri ilə əlaqələri haqqında, habelə nədən məhz Azərbaycanın“Twix”brendinin və çəkişokoladın inkişafı üçün mühüm bir bazar olduğu haqqında danışdılar.
Azərbaycan şokolad istehsalçıları üçün unikal bazardır, çünki bütün şokolad kateqoriyasının 60%-dən çoxu çəkişirniyyatından ibarətdir. Bazarın bu xüsusiyyətinə uyğun olaraq, “Twix”çəki formatında olan konfetlərini dünyada ilk dəfə 2012-ci ildə Azərbaycanda satışa buraxmışdır.
Tədbirdə jurnalistlər və bloqerlər “Fibonacci” intellektual oyununda iştirak etdilər, öz erudisiyalarını yoxladılar və Azərbaycan, çay, şokolad və “Twix”brendi haqqında bir çox yeni şey öyrəndilər. Oyunun sonunda, bütün iştirakçılar məhdud seriyalı“Twix” məhsulları daxil olmaqla, şirin mükafatlar aldılar.