CinemaEventsTəqdimatƏn Son

“Park Cinema”da “Arşın mal alan”ın xüsusi nümayişi

Azərbaycanın ən görkəmli rejissorlardan biri Tofiq Tağızadənin 100-illik yubileyi ilə əlaqədar, bu gün “Park Cinema” kinoteatrlar şəbəkəsində 1965-ci ilin “Arşın mal alan” filminin xüsusi nümayişini keçiriləcək. Şəbəkənin piar-meneceri Rüstəm Fətəliyevin sözlərinə görə, film “Park Cinema Flame Towers”, “Park Cinema Park Bulvar” və “Park Cinema Metropark” kinoteatrlarında göstəriləcək.

“Biz əminik ki, Azərbaycan kinosunun pərəstəşkarları bu filmin böyük ekranda göstərilməsindən həzz alacaq. “Arşın mal alan” böyük bir sənət əsəridir, onu bütün dünyada tanıyırlar. Bu gün isə biz “Arşın mal alana”, Azərbaycanın ən tanınmış rejissorlardan biri olan Tofiq Tağızadənin gözü ilə baxa biləcəyik”, – Rüstəm Fətəliyev deyə bildirib.
Tofiq Tağızadə 7 fevral 1919-cu ildə Bakıda müəllimlər ailəsində anadan olub. İkinci dünya müharibəsinin iştirakçısıdır. Moskva VQİK-in rejissorluq fakültəsinin məzunudur. 1976-cı ildə Azərbaycan SSR-in xalq artisti adına layiq görülüb. “Arşın mal alan”, “Yeddi oğul istərəm”, “Uzaq sahillərdə”, “O dünyadan salam” və digər filmlərinin rejissorudur.

Tofiq Tağızadə, 27 avqust 1998-ci ildə Bakıda vəfat edib.

“Arşın mal alan” filminin xüsusi seanslarla bağlı daha ətraflı məlumatı buradan ala bilərsiniz.
“Park Cinema” Azərbaycanın ən texnoloji kinoteatrlar şəbəkəsidir. Tərkibində “Flame Towers”də yerləşən “IMAX 3D”, “Park Bulvar”da fəaliyyət göstərən “LaseR” və “Metropark”dakı “Birkart Dolby Atmos” zalı var.

“Park Cinema” IMAX 3D formatı ilə təchiz olunmuş Azərbaycanın yeganə kinoteatrlar şəbəkəsidir.
Biletləri “Park Cinema”nın rəsmi saytında (www.parkcinema.az), iOS və Android üçün tətbiq olunmuş əlavələrdən əldə edə bilərsiniz.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!