UEFA Çempionlar Liqası 1-ci tur

12 Sentyabr

A QRUPU: Benfika – ÇSKA Mançester Yunayted – Bazel

B QRUPU: Bavariya – Anderlext Seltik – PSJ

C QRUPU: Çelsi – Qarabağ Roma – Atletiko Madrid D QRUPU: Barselona – Yuventus Olimpiakos – Sportinq 13 Sentyabr

E QRUPU: Liverpul – Sevilya Maribor – Spartak Moskva

F QRUPU: Feyenord – Mançeser Siti Şaxtyor – Napoli G QRUPU: Leypziq – Monako Portu – Beşiktaş

H QRUPU: Tottenhem – Borussia Dortmund Real Madrid – Apoel

Sentyabr ayının 12-si və 13-ü Çempionlar Liqasının qrup mərhələsinə start verilir. Rusiya’nın “ÇSKA” komandası səfərdə Benfika’nın qonağı olacaq. Bu qrupun digər matçında Mançester Yunayted və Bazel komandaları üz-üzə gələcək.

B qrupuna düşən “Bavariya” öz meydanında Belçika’nın “Anderlext” komandasını qəbul edəcək. Yay transfer pəncərəsində Neymar’ı astronomik məbləğə heyətinə qatan “PSJ” Şotlandiya’da “Seltik” komandasının qonağı olacaq.

Tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan təmsilçimiz “Qarabağ” səfərdə “Çelsi” ilə qarşılaşacaq. C qrupunun digər matçında “Roma” və “Atletiko Madrid” komandaları üz-üzə gələcək.

Son finalçı “Yuventus” “Barselona” səfərinə yollanır. “Olimpiakos” doğma meydanda Sportinq’i qəbul edəcək. E qrupunun favoritləri hesab olunan “Liverpul” və “Sevilya” ilk turda bir-biri ilə oynayacaq. Son Rusiya çempionatının qalibi olmuş “Spartak Moskva” komandası Slovakiya səfərinə yollanacaq.

F qrupunda “Feyenord” komandası Mançester Siti’ni qəbul edəcək. “Napoli” komandası səfərdə Ukrayna’nın “Şaxtyor” komandası ilə üz-üzə gələcək. Türkiyə çempionu “Beşiktaş” G qrupunda mübarizə aparacaq. Qardaş ölkənin təmsilçisi ilk matçını səfərdə “Portu” komandasına qarşı keçirəcək.

Qrupun digər matçında “Leypziq” öz meydanında son Fransa çempionu “Monako” komandasını qəbul edəcək. H qrupunun mərkəzi matçı London’da “Tottenhem” və “Borussia Dortmund” komandaları arasında baş tutacaq.

Turnirin son qalibi Real Madrid “Santyaqo Bernabeu”da Kipr’in “Apoel” komandasını qəbul olacaq.

PƏRVİN BAYRAMOV

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: