UEFA Çempionlar Liqası: Bu gün qrup mərhələsinin V turuna start veriləcək

Dekabrın 1-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turuna start veriləcək.

Frame.az xəbər verir ki, turun ilk oyun günündə A, B, C və D qruplarında yer alan komandalar qarşılaşacaqlar.

A qrupunda səkkizdəbir finala vəsiqəni ötən tur təmin etmiş turnirin sonuncu qalibi – “Bavariya” klubu Madriddə “Atletiko” ilə qarşılaşacaq. Digər matçda Rusiyanın “Lokomotiv” komandası Avstriyanın “Zalsburq” klubunu qəbul edəcək. Madrid klubu qələbə qazanacağı təqdirdə Moskvadakı matçın nəticəsindən asılı olaraq pley-offa yüksələ bilər. Bunun üçün “Lokomotiv” xal itirməlidir.

B qrupunda “Real Madrid” Ukraynada “Şaxtyor” ilə üz-üzə gələcək. “Kral klubu” çətin səfər matçında rəqibini məğlub edə bilsə qrupdan çıxmağı təmin edəcək. Qrupun digər oyununda Almaniyanın “Borussiya” (Mönhenqladbax) klubu evdə İtaliyanın “İnter” komandası ilə qarşılaşacaq. Səkkizdəbir finala vəsiqə üçün Mönhenqladbax təmsilçisinə 1 xal da kifayət edə bilər. Bunun üçün “Real Madrid” komandası Ukraynada uduzmamalıdır.

C qrupunda İngiltərənin “Mançester Siti” komandasından sonra Portuqaliyanın “Portu” klubu da mərhələ adlaya bilər. “Əjdahalar” bu tur evdə “şəhərlilər”dən xal almağı bacararsa, digər matçın nəticəsindən asılı olmayaraq qrupdan çıxacaq.

D qrupunda İngiltərənin “Liverpul” klubu Niderlandın “Ayaks” komandasını qəbul edəcək. Mersisaydlılar qələbə sayəsində səkkizdəbir finala yüksələ bilərlər. Qrupun digər oyununda Danimarkanın “Midtyulland” komandası İtaliyanın “Atalanta” klubu ilə qarşılaşacaq.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: