IdmanƏyləncə

UEFA CHAMPİONS LEAGUE- təhlil

Ajax-Rostov 1:1

Dinamo Zagreb-Salzburg 1:1

Koebenhavn-Apoel Nicosia 1:0

Steaua Bucuresti-Manchester City 0:5

Young Boys- Borussia Moenchengladbach 1:3

Celtic-Hapoel Beer Sheva 5:2

Dundalk-Legia Warszawa 0:2

Porto-Roma 1:1

Ludogorets Razgrad-Viktoria Plzen 2:0

Villarreal-Monaco 1:2

Keçirilən 10 matçda 30 qol vurulub.Vurulan 30 qolun 13-ü ev sahibi komandaların 17-si səfər komandalarının payına düşüb. Guardiola’nın komandası səfərdə “Steaua Bucuresti” komandası üzərində 5:0 hesabı ilə rahat qələbə qazandı. Komandanın 3 qolu əsas forvardı Aguero’dan gəldi.

Digər iki qolu isə ispan futbolçular Nolito və David Silva vurdu. Porto-Roma matçı çox gərgin keçdi. Hesabı İtalyan təmsilçisi açdı, lakin ikinci hissədə “Porto” hesabı bərabərləşdirməyi bacardı. 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Andre Silva komandasını məğlubiyyətdən xilas etdi.

Gecənin digər maraqlı matçı isə El Madrigal stadionunda Villareal-Monaco komandaları arasında baş tutdu.

Səfərdə 2:1 hesabı ilə qələbə qazanan “Monaco” cavab matçı üçün sərfəli nəticə əldə etdi.Rusiya çempionatının gümüş mükafatçısı “Rostov” komandası Holandiyanın adlı-sanlı komandası Ajax’la səfərdə heç-heçə oynadı 1:1.Gecənin ən qollu qarşılaşması isə Şotlandiya’da oldu. “Celtic” İsrail’in “Hapoel” komandasını 5:2 hesabı ilə məğlub etdi.

Pərvin Bayramov

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!