“Uğurlu Gələcək” proqramı Rəşad Bayramov və Cabir İmanovla
Bildiyiniz kimi, İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi və BP Şirkətinin birgə tərəfdaşlığı ilə yerinə yetirilən “Uğurlu Gələcək” Könüllülərin İnkişaf Proqramı aprel ayının sonuna kimi davam edəcək.
Bu proqram çərçivəsində könüllülər üçün silsilə təlimlər keçirilir və növbəti 6-cı təlim bədən dilinə həsr olunub. Bədən dili ünsiyyətin vacib sayılan amilidir. Bir çox ölkələrdə bədən dili fərqli aşılanır. Bədən dilini bilməklə, hər bir şəxs danışanın fikrinə öz reaksiyasını bildirir, qarşısındakı insanları daha yaxşı başa düşmək qabiliyyətinə malik olur. Bədən Dilinin təsir mexanizmləri könüllülərin şəxsi və professional karyeralarını uğurla qurmağa kömək edə bilər.
8 Aprel tarixində keçirilən Bədən dili təliminin birinci hissəsini beynəlxalq səviyyəli biznes- təlimçi Rəşad Bayramov apardı. Təlimçi olmaqla yanaşı, Rəşad Bayramov həmçinin BP Azərbaycan şirkətinin xarici işlər şöbəsinin rəhbəridir.
Rəşad Bayramov təlim zamanı “Bədən dilinin” nitqdə yeri, pozitiv və neqativ jestlər, ünsiyyətdə olduğun insanın gözünə baxmaq nəyə görə vacibdir, neqativ jestlərdən necə yaxa qurtarmaq olar kimi mövzularda faydalı tövsiyyələr verdi.
Təlimin ikinci hissəsində Azərbaycanın əməkdar artisti Cabir İmanov qonaq qismində iştirak edib. Cabir İmanov şəxsi iş təcrübəsi, gördüyü işlər barədə söhbət açdı, könüllülərin suallarını cavablandırdı.
Yeri gəlmişkən, təlim üçün qeydiyyatdan keçən ilk 400 könüllü təlimdə iştirak etmək imkanı əldə edib. Təlimin sonunda könüllülər sertifikatla təltif olunublar .
Frame.az