Unibankın ilk Rəqəmsal filialı fəaliyyətə başlayıb
Unibank məhsul və xidmətlərin rəqəmsallaşması yolunda daha bir addım atıb. Bank bütün xidmət və məhsullarını tamamilə rəqəmsal formada təqdim edən ilk rəqəmsal filialını müştərilərin ixtiyarına verib. “Azadlıq Prospekti” metrostansiyasının çıxışında, hər kəs üçün əlçatan filialda kredit rəsmiləşdirmək, debet kart əldə etmək və depozit hesabı açmaq mümkündür. Bütün bu proseslər isə nağdsız formada, kassa xidməti olmadan həyata keçiriləcək. Müştərilərə dərhal yerindəcə debet kart təqdim olunacaq, kredit kart balansında rəsmiləşdiriləcək, sürətli depozit hesabı açılacaq.
“Rəqəmsal filial” “Unibank”ın ənənəvi filiallarından konseptinə və görünüşünə görə də fərqlənir. Tamamilə rəqəmsal konseptdə qurulan filial, müştərilərin rahatlığına uyğunlaşdırılıb. Rahat və səmimi xidmət forması, müştəri məmnuniyyətini daha da yüksəltməyə xidmət edir.
Filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.Yeni konseptə uyğun olaraq, filialın qarşısında 24/7 müştərilərin xidmətində olan ATM və ödəmə terminalları quraşdırılıb. Qapalı kabinədə yerləşdirilən avadanlıqlar müştərilərə isti və soyuq havalarda mədaxil-məxaric əməliyyatlarından çox rahat şəkildə istifadə imkanı yaradır
Əgər növbədə gözləmədən, həm də çox rahat, səmimi bir ünvanda bank məhsul və xidmətlərindən istifadə etmək istəyirsinizsə, Unibankın yeni “Rəqəmsal filial”ı sizin xidmətinizdədir!
Unibank gələcəkdə yeni filialların açılması zamanı da rəqəmsal konseptə üstünlük verəcək. Bank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook, twitter və instagram səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank, https://www.instagram.com/unibank.az/) əldə etmək olar.
Unibank-Sənin Bankın!