Unibankın mobil əlavəsindən “Contact”la pul köçürmək çox sərfəlidir
®Banka getmədən, istədiyiniz yerdə, cəmi 0,5% komissiya ilə və bir neçə saniyə ərzində Rusiyaya pul köçürmək mümkündür. Bu imkanı “Contact” pulköçürmə sistemi və “Unibank”ın mobil əlavəsi UBank yaradıb. İlin sonunadək “Contact” pulköçürmə sistemi üzərindən UBank vasitəsilə Rusiyanın istənilən bölgəsinə pul köçürməsi zamanı komissiya xərcləri xeyli aşağı salınaraq cəmi 0,5% -ə endirilib. Günün istənilən vaxtı bir toxunuşla bu sərfəli kampaniyadan istifadə etmək olar.
UBank vasitəsilə pulköçürmələri bu üstünlükləri yaradır:
-Banka getmədən, növbələrdə vaxt itirmədən dünyanın bir çox ölkəsinə pul köçürmək və qəbul etmək;
-Köçürdüyün pulun saniyələr ərzində ünvanına çatması;
-Köçürməni debet və ya kredit kartı, digər bankların əlavə edilmiş kartları və ya mövcud cari -hesabları seçməklə aparmaq imkanı.
Azərbaycanın ən çox istifadə edilən mobil bank əlavələrindən biri olan UBank istifadəçilərinin sayı 1 milyonu ötüb. Mobil əlavə müştəriyə banka gəlmədən əksər bank məhsul və xidmətlərindən 24/7 istifadə imkanı verir. Hətta Unibank müştərisi olmayanlar da, bu mobil tətbiqdən rahatlıqla istifadə edə bilirlər.
Unibank – Sənin Bankın!