IqtisadiyyatTurizmTəqdimat

Unibankın mobil əlavəsi ilə Rusiyaya pul köçürmək iki qat sərfəli olub

Həm saniyələr ərzində pul köçürürsən, həm də iki dəfəyə yaxın daha az komissiya ödəyirsən!

Bu imkanı sənə “Zolotaya Korona” pulköçürmə sistemi ilə “Unibank”ın UBank mobil əlavəsi yaradır. “Zolotaya Korona” pulköçürmə sistemi üzərindən UBank vasitəsilə Rusiyanın istənilən bölgəsinə pul köçürmək indi çox sərfəli olub, komissiya xərcləri iki dəfəyə yaxın aşağı salınaraq cəmi 0,5% -ə endirilib. Günün istənilən vaxtı və cəmi bir toxunuşla bu sərfəli kampaniyadan istifadə edə bilərsən!

UBank vasitəsilə pulköçürmələri bu üstünlükləri yaradır:

 -Banka getmədən, növbələrdə vaxt itirmədən dünyanın bir çox ölkəsinə pul köçürmək və qəbul etmək;

-Köçürdüyün pulun saniyələr ərzində ünvanına çatması;

-Köçürməni debet və ya kredit kartı, digər bankların əlavə edilmiş kartları və ya mövcud cari -hesabları seçməklə aparmaq imkanı.

Azərbaycanın ən çox istifadə edilən mobil bank əlavələrindən biri olan UBank istifadəçilərinin sayı 1 milyonu ötüb. Mobil əlavə müştəriyə banka gəlmədən əksər bank məhsul və xidmətlərindən 24/7 istifadə imkanı verir. Hətta Unibank müştərisi olmayanlar da, bu mobil tətbiqdən rahatlıqla istifadə edə bilirlər.

Unibank – SəninBankın!

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!