Uşaqlara şiddət heç bir şəkildə üzrlü sayıla bilməz
“Uşaqlara şiddət heç bir şəkildə üzrlü sayıla bilməz və şiddətin bütün formalarının qarşısı alınmalıdır”. Paulo Sérgio Pinheiro
– Şiddət, bir uşağın ləyaqətli, hörmətli, bərabər və azad bir fərd olaraq yaşamasının, özünü tam olaraq yetişdirməsinin və şəxsiyyət kimi formalaşmasının qarşısında maneədir. Uşağa şiddət heç bir formada izah və təqdir edilə bilməz. Ancaq, çox təəssüf ki, uşağa şiddət, uşaqların inkişafına və insan hüquqları prinsiplərinə tamamilə zidd olsa da, cəmiyyətdə qəbul edilən və tez-tez rast gəlinən bir fakt olmağa davam etməkdədir.
Uşaqlar, onlara təhdid formasında və ya faktiki olaraq göstərilən fiziki güc səbəbiylə,psixoloji zərər, inkişaf pozuqluğu və ya məhrumluğu, zədə kimi problemlər yaşamaqda, hətta ölməkdədirlər. Ölümlə nəticələnməyən şiddət hadisələri isə uşaqların sağlam fiziki,zehni, psixoloji, sosial inkişafını zədələyir, bərpası çox çətin olan və qalıcı təsir buraxır. Uşağın yaşadığı şiddət, sonradan artaraq təsirini göstərir.
Şiddət görən uşağın təhsildən uzaqlaşmaq, cinayət də daxil olmaq üzrə bir çox təhlükəli vəziyyətə sürüklənmək səbəbindən yaşayacağı bərabərsizliklər arta bilir.Uşağa qarşı şiddət çoxmiqyaslı bir problemdir. Əsasən ortaya çıxma səbəblərinə baxıldığında uşağı “əşyalaşdıran” yanaşma, güc və iqtidarın sui-istifadəsi, ayrı-seçkilik, iqtisadi və ictimai yoxsulluq, məhrumluq, psixopatoloji pozuntular əsas səbəblər sayıla bilər.Uşaqların zorakılığa məruz qalması, cəmiyyətdə siyasi, sosial, iqtisadi və mədəni problemlərin olduğuna işarə edir.
Cəmiyyətdə şiddətin hər növünün, hər formasının azaldılması və qarşısının alınması; “Ictimai tərəqqi, daha inkişaf etmiş həyat standartları ” və uşaqların da böyüklərlə eyni dəyərə və hüquqlara sahib olduğu “insanlıq ailəsində azadlıq, ədalət və sülh” baxımından, təməl strategiyadır.Uşağa qarşı şiddətin qarşısının alınması, güclü və gücsüz arasında bərabərlik və ayrı-seçkiliyə yol verməmək prinsiplərinin təmin edilməsi məqsədiylə inkişaf edən insan hüquqları fəlsəfəsi və beynəlxalq insan hüquqlarının inkişafıyla gündəmə gəlmişdir. Bu inkişaf, gücsüzlərin qorunması və gücün nəzarət altında tutulması üçün insani və hüquqi bir çərçivə təmin etməkdədir. Bu çərçivədə, qeyri-hökumət təşkilatları, haqq sahibləri (uşaqlar, qadınlar,yaşlılar, əlillər və s. bütün fərdlər) ilə öhdəlik sahiblərinin (dövlətlər, dövlət təşkilatları, rəhbərliklər) bir araya gəlməsi və bir dialoq mühiti yaradılması, şiddətin sona çatdırılması səylərinə fayda verəcəkdir.
“Fərd və Yol” jurnalına mütləq göz atın…
Frame.az