Usta siniflərin keçirilməsində iştirak edən aşbazlar mükafatlandırılacaq
1 – 15 noyabr 2016-ci il tarixində Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosasiyası tərəfindən kulinariya təhsili verən 4 peşə litseyində (Turizm, 5,12, və 18 saylı) usta siniflər keçirildi.
Usta siniflər Turizmin ölkəmizdəki sürətli inkişafı ilə əlaqadar yeni çağırışlara cavab verməklə, beynəlxalq restoran sistemində milli mətbəxlərə olan Ümümdünya Kulinariya Təşkilatları Birliyinin aşpazların təhsilinə qoyduğu tələbləri, milli mətbəxin moderiləşdirilməsi xidmətin səviyyəsinin yüksəldilməsi məqsədini güdürdü.
Tədbirdə peşə litseylərinnin müəllimlərinə və şagirdlərinə usta siniflərlə bərabər nəzəri biliklər də aşılandı. Azərbaycan Milli Kulinariya Assosasiyasının beynəlxalq səviyyəli aşpazları və Azərbaycan Milli Kulinariya Mərkəzinin yüksək səviyyəli mütəxəsisləri hər bir məktəbdə 10 gün dərs keçdilər. Usta siniflərin ümumi sayı 40-a yaxın oldu. 15 müəllimə və 300 şagirdə usta siniflər keçirildi. “Qoç ət” ,“Azərsun Holding”, “BestCow Kərə Yaglari”, “Qəbələ quşçuluq” -un ərzaq sponsorluğu ilə, aşağıdakı siyahıdakı aşpazların və mütəxəsislərin köməkliyi ilə usta siniflər keçirildi.
Tədbirin bütün xərcləri AMKA və sponsorları tərəfindən qarşılanmışdır. Usta siniflərdə aktiv iştirak edən aşpazların, mütəxəsislərin, müəllim və şagirdlərin, sponsorların mükafatlandırılması mərasiminin 18.11.2016-ci il tarixində keçirilməsi planlaşdırılıb.
Frame.az