Idman

Üzgüçülük

Köhnə Yunan və Roma sivilizasiyalarında üzgüçülük, əsgəri təhsillə birlikdə təməl təhsilin əhəmiyyətli bir parçası olaraq görülməkdə idi.

Qədim Yunanıstanda zaman zaman üzgüçülük yarışmaları təşkil etmişlər; Romalılar , hamamlardan ayrı olaraq üzmə hovuzları etdirmişlər.

Yaponiyada isə məktəblərdə üzmə təhsilini məcburi edən imperatorluq fərmanı nəşr etmişdir.

İlk açıq hava hovuzunun 1828-də Liverpulda edilməsindən bir müddət sonra ilk beynəlxalq üzmə yarışları 1837-də Londonda, və ardından 1846-da Avstraliyada təşkil edilmişdir.

1875-də İngilis Metyu Vebe (Mathew Webbe), Manş dənizini qurbağalama texnikasıyla üzərək keçdi. Bu inkişaflar paralelində, 1882-dən sonra müxtəlif Avropa ölkələrində də üzmə federasiyaları qurulmağa başlandı.

Üzgüçülük, beynəlxalq standartlarda ölçüsü olan (50 metr, 8 cığır) hovuzlarda bədənin kulac və ayaq hərəkətlərindən başqa bir kömək almadan, hər yarışçının öz cığırında, sərbəst, arxa üstə, kəpənək və qurbağa stillərinin hər birində və ya dördü birdən qarışıq olaraq, 50, 100, 200, 400, 800, 1500 metrlərdə fərdi və ya qrup olaraq etdikləri yarışmaya deyilir.

Qədim tarixi olan bu su idman növündən insanlar bir əyləncə kimi istifadə edərkən özləri də bilmədən onun xeyrindən yararlanırlar.

İnsan üzərkən vücudun bütün əzələlərini hərəkət etdirərək onları möhkəmlədir və bədəni yaxşı formada saxlayır.

Pərvin Bayramov

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!