“Vilyarreal” ilk dəfə UEFA Avropa Liqasının qalibi olub

Mayın 27-də futbol üzrə Polşanın Qdansk şəhərində UEFA Avropa Liqasının 2020-2021-ci il mövsümünün final görüşü keçirilib.

Turnirin həlledici görüşündə İngiltərənin “Mançester Yunayted” klubu İspaniyanın “Vilyarreal” komandası ilə üz-üzə gəlib.

Gərgin keçən görüşdə hesabı ispanlar açıb.

Matçın 29-cu dəqiqəsində Daniel Parexonun cərimə meydançasına ötürməsindən sonra topa hamıdan tez yetişən Jerard Moreno komandasını hesabda önə çıxardıb.

Buraxılan qoldan sonra irəli atılan Mançester təmsilçisi rəqibin qapısı qarşısında bir necə təhlükəli vəziyyətlə yaradıb. Buna baxmayaraq birinci hissə “Vilyarreal” klubunun minimal hesablı üstünlüyü ilə başa çatıb.

Fasilədən sonra hücumların kəsərin artıran “Mançester Yunayted” komandası oyunun 55-ci dəqiqəsində hesaba tarazlıq gətirib. Edison Kavani rəqibin müdafiəsində yaranmış boşluqdan istifadə edib.

Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.

Oyunda qalibi müəyyənləşdirmək üçün 30 dəqiqə vaxt əlavə edilsə də hesab yenə də dəyişməyib.

Beləliklə də oyunda qalib 11 metrlik cərimə zərbələrindən sonra müəyyən olunub.

Penalti seriyalarında daha üstün olan (11:10) “Vilyarreal” komandasının oyunçuları UEFA Avropa Liqasının qalibi olub.

Beləliklə, klub tarixində ilk dəfə UEFA Avropa Liqasının kubokunu başı üzərində qaldırıb.

Ülviyyə Ədalətqızı

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: