EventsFinansIqtisadiyyatTurizmTəqdimat

Vergi və Mühasibatlıq Zirvəsinə bilet satışı davam edir!

“Rəqəmlərin ritmi” şüarı ilə 11 mart 2023-ci il tarixində “Baku Marriott Hotel Boulevard”da 600 nəfərin iştirakı ilə baş tutacaq Vergi və Mühasibatlıq Zirvəsinə iştirak üçün bilet satışı davam edir!

“Facemark” MMC və “Good Finance” şirkətinin təşkilatçılığı ilə keçiriləcək zirvənin əsas məqsədi Azərbaycanın vergi və mühasibatlıq bazarının mövcud vəziyyətinin təhlili, bu sahədə olan çatışmazlıqlar, onların aradan qaldırılması istiqamətləridir.

Eyni zamanda, maliyyə, audit və idarəetmə kimi istiqamətlərin də əhatə olunduğu sahibkarlar, mühasiblər, maliyyəçilər və digər əlaqəli şəxslər arasında təcrübə mübadiləsinin, maariflənmə və şəbəkələşmənin ön plana çıxdığı bir tədbir olmaqdan ibarətdir.

Bir gün və 4 paneldən (“Mühasibatlıq və Rəqəmsallaşma”, “Ziddiyyətlərin harmoniyası – rəhbər və mühasib”, “Vergi riskləri” və “Maliyyə hesabatları və audit”) ibarət olması planlaşdırılan tədbirdə kiçik və orta biznes subyektlərində çalışan mütəxəssislər, mühasib və vergilərdən məsul şəxslər, rəhbərlər, sahibkarlar, konsultantlar şirkətlərin maliyyə, mühasibatlıq, vergi, investisiya, audit departamenti əməkdaşlarının iştirakı nəzərdə tutulmuşdur.

Vergi və Mühasibatlıq Zirvəsinə bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün zirvənin rəsmi saytına (www.vmz.az) keçid edə və sosial media hesablarımızı izləyə bilərsiniz.

Facebook: https://www.facebook.com/vmzbaku

İnstaqram: https://www.instagram.com/vmzbaku/

LinkedIn:https://www.linkedin.com/company/vmz-baku/?viewAsMember=true

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!