Voleybol üzrə Azərbaycan çempionatlarında yeni mövsümün püşkü atılıb
Qadın və kişi voleybolçular arasında Azərbaycan çempionatında 2023/2024-cü illər mövsümünün püşkatma mərasimi keçirilib.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan tədbirdə ilk turda üz-üzə gələcək komandalar bəlli olub.
I tur
Qadınlar
“Murov Az terminal”- “Abşeron”
“Milli Aviasiya” – “Gəncə”
“Azərreyl” – UNEC
Kişilər
“Neftçi” – “Murov Az Terminal”
“Azərreyl” – “Xarı Bülbül Laçın”
MOİK – “Xarı Bülbül Şuşa”
Tədbirdə çıxış edən Azərbaycan Voleybol Federasiyasının (AVF) vitse-prezidenti Faiq Qarayev komandaların sayında artım olduğunu bildirib: “Son dönəmlərdə komandaların sayı 4 idi. Amma indi say artaraq altıya çatıb. Qarşımızda duran əsas vəzifə ölkə çempionatını gücləndirmək, klubların sayını artırmaq və milli komandanı formalaşdırmaqdır”.