Idman

Voleybol üzrə qadınlardan ibarət komandamız Sloveniyada

Azərbaycanın qadınlardan ibarət voleybol üzrə milli komandası Sloveniyadakı təlim-məşq toplanışını davam etdirir.

Frame.az xəbər verir ki, sentyabr-oktyabr aylarında Azərbaycanda və Gürcüstanda keçiriləcək Avropa çempionatında çıxış edəcək yığma komandamız hazırlıqlarda tam heyətlə çalışır.

Təlim-məşq toplanışının Bakıdakı hissəsində iştirak etməyən Nataliya Məmmədova artıq komandaya qoşulub.

Millimizin baş məşqçisi Faiq Qarayev da Sloveniyadadır və komandanın məşqlərinə rəhbərlik edir.

Voleybolçularımız Maribor şəhərində fiziki hazırlığı yekunlaşdırıb topla məşqlərə üstünlük verir. Yığmamızın Sloveniyada bir neçə yoxlama görüşü keçirməsi də planlaşdırılır.

Daha sonra İtaliyaya gedəcək millimiz qitə çempionatına hazırlığı bu ölkədə başa çatdıracaq. Komandamız İtaliya yığması ilə keçirəcəyi yoxlama oyunundan sonra sentyabrda Vətənə qayıdacaq.

Xatırladaq ki, Azərbaycanın və Gürcüstanın birgə təşkil edəcəyi və on altı ölkənin mübarizə aparacağı qadın voleybol komandaları arasında Avropa çempionatının oyunları Bakıda, Göygöldə və Tbilisidə olacaq. Qarşılaşmalar Bakıda Milli Gimnastika Arenasında, Göygöldə isə Olimpiya İdman Kompleksində keçiriləcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!