IdmanƏyləncə

Yaşıl meydançaların hakimi

  • Hakim — futbolda matçın gedişində oyunun qaydalarına riayət olunması üzrə məsul şəxsdir.

    Hakim həm kişi, həm qadın ola bilər. O, oyunla bağlı bütün məsələlərdə son qərarverici orqandır, və meydanda yeganə şəxsdi ki, oyunu başlamaq, dəyandırmaq, bitirmək və oyun zamanı futbolçulara qarşı intizam tədbirləri tətbiq etmək səlahiyyətləri var.

    Hakimin əlavə 2 köməkçisi olur, onlar müəyyən vəziyyətlərdə (topun meydandan çıxdığı zaman, hakimin baş vermiş hadisəsdən uzağda olanda və sayr momentlərdə) hakimə məsləhət verə bilərlər, lakin köməkçi hakimlərin qərarları həlledici deyil, və əsas hakim köməkçilərinin məsləhətlərini dinləmiyib, öz bildiyi kimi edə bilər.

    Həmçinin yüksək səviyyəli turnirlərdə hakimin 4 köməkçisi ola bilər, dördüncü hakim komandaların texniki sahələrinə nəzarət edir və inzibati vəzifələrdə əsas hakimə kömək edir.

    Hakimlərin böyük əksəriyyəti həvəskarlardı, halbuki onlara adətən öz xidmətlərinə görə kiçik abunə haqqı ödənilir. Lakin, bəzi ölkələrdə məhdud sayda hakimlər, hansılarki ölkəsinin ən yüksək liqalarında hakimlik edirlər, milli assosiasiyalara işləyirlər və üstəgəl hər mövsümün startında və oyununun toplanışından qonorar alırlar.

    Hakimlər FİFA-nın üzvü olan eyni milli təşkilatlar tərəfindən lisenziyaya alırlar və öyrədililər. Hər bir milli təşkilat “FİFA Beynəlxalq Dərəcəli Referi Siyahısına” daxil edilməsi üçün FİFA-ya ölkəsinin ən yaxşı hakimlərini tövsiyə edir. Milli komandalar arasında beynəlxalq oyunlarda FİFA dərəcəli hakimlər tələb olunur.

    Səlahiyyətləri-oyunu istənilən qanun pozuntularına görə, dayandıra və ya onu bitirə bilər; oyuna hər hansı kənar müdaxilə edilərsə, oyunu dayandıra və ya onu bitirə bilər; futbolçu ciddi zədə alsa, meydandan uzaqlaşdırılmasını təmin edilməsinə qədər, oyunu dəyandıra bilər.

    Zədəli futbolçu yalnız oyun yenidən başlayandan sonra, meydana qayida bilər; əgər oyunçu onun fikrincə yüngül zədə alıbsa, oyunu top çıxana qədər davam etdirə bilər; əgər komandaya qarşı qayda pozuntusu edilibsə, amma əgər qayda pozuntusuna uğramış komanda bundan üstünlük aldısa (məsələn, top onlarda qaldı), oyunu dəyandırmıyda bilər, amma əgər komanda bu üstünlüyü ala bilməsə, onda oyunu dəyandırmalıdır; özünü apara bilməyən komanda rəsmilərini (baş məşqçini, ehtiyyatda olan futbolçuları və s.) meydandan tribunaya və ya bir başa oyundan qova bilər.

    Vəzifələri-oyunun qanunlarına əməl edilməsi; köməkçisi hakimlərlə və lazım gələrsə, dördüncü hakim ilə birgə məsələhtləşərk oyunu idarə etmək; topun 2 qaydanın tələblərinə cavab verməsi üçün nəzarət etməlidir; oyunçuların geyimlərinin 3 qaydanın tələblərinə cavab verməsi üçün nəzrət etməlidir; oyunun xronometrajına nəzarət etmək və matçın hadisələrı haqqında yazılış aparmalıdır; oyunçunun qanaxması halda onu meydanı tərk etməsini təmin etməlidir. Oyunçu yalnız hakimin icazəsi ilə meydana qayıda bilər.

    Hakim əmin olmalıdır ki, qanaxma dəyanıb oyunçu eyni zamanda birdən çox qayda pozuntusu edərsə, onu daha sərt cəzalandırılmalıdır; görə bilmədiyi məqamlarla bağlı köməkçi hakimlərlə məsləhətləşməlidir; meydana kənar şəxslərin olmamasını təmin etməlidir; oyun dəyandıqdan sonra, onu yenidən başlatmalıdır; oyun zamanı qəbul edilmiş qərarları və oyun zamanı/sonrası baş vermiş insidentlərlə bağlı müvafiq orqanlarına rapot verməlidir.

    Pərvin Bayramov

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!