Voleybol yığmamız Qızıl Avropa Liqasında ilk məğlubiyyətini alıb
Bolqarıstan – Azərbaycan 3:1 (17:25, 25:17, 25:14, 25:21);
Hakimlər: Aleksandros Milonakis (Yunanıstan), Çavdar Marev (Bolqarıstan) Sofiya, Xristo Botev Sarayı
Qadın voleybolçular arasında Qızıl Avropa Liqasında III-cü turun oyunları keçirilb. Millimiz Sofiya’da “Bolqarıstan” seçməsinin qonağı olub. İlk set Faiq Qarayev’in yetirmələrinin qələbəsi ilə yekunlaşıb 17:25.
İkinci setdə Bolqarlar 25:17 qalib gəlib. Üçüncü setdə zəif təsir bağışlayan yığmamız 11 xal fərqi ilə uduzub 25:14. Dördüncü set gərgin mübarizə şəraitində keçib.
Bu setde də üstün olan “Bolqarıstan” seçməsi 25:21 qalib gəlib.
Ümumi hesab 3:1 “Bolqarıstan” seçməsinin qələbəsi ilə başa çatıb.
Frame.az
PƏRVİN BAYRAMOV