Vüsal Hüseynov “AmCham Azərbaycan” üzvləri ilə görüşüb

Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) üzvləri üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun iştirakı ilə görüş təşkil edib.

Frame.az xəbər verir ki, görüşdə Cənab Hüseynov bu sahədə görülən işlər, qarşıya qoyulan hədəflər barədə danışıb.

Diplomatik korpusun nümayəndələri də daxil olmaqla, tədbirdə AmCham-ın təxminən 100 üzvü və tərəfdaşı iştirak edib.

Görüşdə Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin missiyası və məqsədləri, bu sahədə görülən işlər, əldə olunan nəticələr və qarşıya qoyulan hədəflər barədə məlumat verib. Bildirib ki, ölkədə həyata keçirilən miqrasiya siyasətinin əsas prioritet istiqaməti bütün tərəflərin – istər dövlət və özəl sektor, istərsə də əcnəbilərin və vətəndaşların yararlanmasını təmin etməkdir.

Bu məqsədlə normativ hüquqi bazanın daha da təkmilləşməsi, xidmətlərin əlçatan, şəffaf, səmərəli və keyfiyyətli olmasının təmin edilməsi, innovasiyaların tətbiqi diqqət mərkəzində saxlanılır. Məhz normativ bazanın və göstərilən xidmətlərin təkmilləşməsində Məşvərət Şurasının təklifləri nəzərə alınır. Xüsusilə biznes forum, işgüzar nahar və görüşlərin təşkili bu istiqamətdə nailiyyətlərin əldə olunmasına öz töhfəsini verir.

Xidmət rəisi qeyd edib ki, Dövlət Miqrasiya Xidməti “ASAN xidmət indeksi” üzrə son iki ildə ən yüksək nəticəni göstərib (68.98% və 83.81%).

Sonra Dövlət Miqrasiya Xidmətinin rəisi sualları və müraciətləri cavablandırıb. AMCHAM nümayəndələri səmərəli görüşə və DMX rəhbərliyinin biznes sektoru təmsilçiləri ilə belə işgüzar müzakirələrə verdiyi önəmə görə razılıqlarını ifadə ediblər.

Bununla yanaşı, tədbirdə bir neçə üzv şirkətin fəaliyyəti və xidmətləri barədə təqdimatlar nümayiş olunub.

Qeyd edək ki, AmCham Azərbaycan üzvlərinin işgüzar görüşləri Palata tərəfindən hər ay təşkil olunur və burada yüksək vəzifəli hökumət rəsmiləri, beynəlxalq maliyyə qurumlarının rəsmi şəxsləri və diplomatik korpusun nümayəndələri iştirak edirlər.

AmCham Azərbaycan xarici və yerli biznesin maraqlarını dəstəkləyən və təşviq edən qeyri-kommersiya əsaslı aparıcı ticarət-sənaye assosiasiyasıdır. 1996-cı ildə yaradılmış AmCham Azərbaycan iqtisadiyyatın hər sektorunda fəaliyyət göstərən 280-dən çox üzv şirkəti özündə birləşdirir. Palata ölkədə bütün xarici investisiyaların təxminən 80%-ni, eləcə də yerli investisiyaların mühüm hissəsini təmsil edir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: