“Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihə çərçivəsində gənclərlə növbəti görüş
“Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihə çərçivəsində gənclərlə növbəti görüş keçirildi.
Oktyabr 14-də Gəncə Şəhər İcra Hakimiyyəti və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Gəncə Şəhəri Məhsəti Gəncəvi Mərkəzində “Xalçaçılıq sənətini yaşat və təbliğ et” adlı layihə çərçivəsində gənclərlə növbəti görüş keçirilib.
Tədbiridə Gəncə Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Kənan Məmmədov çıxış edərək layihə iştirakçılarına uğrlar arzulayıb. HəçininGəncədə həyata keçirilən irimiqyaslı layihələrdən, qarşıda duran vəzifələrdən və nəzərdə tutulan layihələr haqqında gənclərə ətraflı məlumatlar verib.
Sonra Azərbaycan Xalça Muzeyinin mətbuat katibi, layihənin koordinatoru Fuad Rəsul iştirakçı gənclərə layihə haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 7 dekabr 2004-cü il tarixində imzaladığı “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi” haqqında Azərbaycan Respublikasının qanunun 6-cı maddəsində qeyd olunan “Azərbaycan xalça sənətinin təbliği “ – bəndinə uyğun olaraq həyata keçirilir. Layihənin əsas məqsədi – ölkəmizin bütün bölgələrində Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu qədim sənət növü olan xalçaçılıq tarixinin öyrənilməsi, unudulmaqda olan xalça sənətinin dirçəlişi və gənc nəsillərə təbliği məqsədilə xalçaçılıq üzrə tədris planı təşkil etməkdir. Layihənin tədris planı ölkəmizin bütün bölgələri üzrə 1 ay müddətində həyta keçirilməsi nəzərdə tutulub.
Bildirilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib.
Tədbir Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış xalçaçı-rəssam Taryer Bəşirovun xalçaçılıq sənəti – onun yaranma tarixi, inkişaf mərhələsi və ornamentlər haqqında geniş mühazirəsi ilə davam edib.
Qeyd edək ki, layihənin sonunda iştirakçı gənclər Azərbaycan Xalça Muzeyini ziyarət edəcək və onlara eksponatlar haqqında geniş məlumatlar veriləcək. Həçinin layihəni uğurla başa vuran gənclərə sertifikat təqdim olunacaq. Frame.az