Xalq artisti Murad Hüseynov Avrasiya Xalqları Assambleyasının xüsusi mükafatına layiq görülüb

Bu barədə təşkilatın rəsmi saytında məlumat verilib.
“Avrasiya Xalqları Assambleyası” Beynəlxalq Qeyri-Hökumət Təşkilatları İttifaqı ilk dəfə olaraq “Biz təşəkkür edirik!” Beynəlxalq aksiyasının laureatlarını elan edib. Beynəlxalq sülh günü münasibətilə təşkil edilən təntənəli ziyafətdə ilk laureatlara diplom və döş nişanları təqdim olunub.  Dünyanın müxtəlif ölkələrindən ictimai təsdiqlə müəyyən edilən laureatların sırasında Azərbaycanın Xalq artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynovun da adı yer alır.
Xalq artisti bu mükafata milli musiqi ənənələrinin qorunması və populyarlaşması və Avrasiyada sülh təşəbbüslərinin dəstəklənməsinə verdiyi  töhfəyə görə layiq görülüb. Təşkilatın bu mükafatına həmçinin Rafael Ximens Kastaneda (İspaniya Kadis Universitetinin professoru), dünyada tanınmış yazıçı, dramaturq, bəstəkar Jon Farndon kimi məşhurlar layiq görülüb.
Qeyd edək ki, Xalq artisti bundan əvvəl də bir neçə dövlətlərin medal və təltiflərinə layiq görülüb.
Bunların sırasında  Fransa Senatının medalı, “İncəsənət və Ədəbiyyat” ordeni (Fransa) və “Ləyaqət” ordeninin cəngavərlik xaçı (Macarıstan) vurğulamaq olar.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: