MotivasiyaPsixologiya

Yaradıcı insanlar barədə maraqlı faktlar

Şübhəsiz ki yaradıcı insanlar əksər insanlardan çox fərqlənirlər. Onlar sanki başqa bir dünyada, aləmdə yaşayırlar. Onların ixtira qabiliyyətləri və orijinallıqları isə digərlərini həmişə təəccübləndirir və düşünmyə vadar edir.

Yaradıcı insanlar həmişə səmada uçurlar.

İnsanların bir yerə toplaşıb söhbət etdikləri, əyləndikləri səs-küylü toplantı yerlərində bu insanları müşahidə etsək görərik ki, onlar bir küncə çəkilib nə isə çəkir, yazır və ya düşünürlər. Məktəblərdə belə uşaqlar həndəsə dərslərində, müəllim Pifaqor teoremini başa salan zaman hökmən fərqlənəcəklər. Onlar çox vaxt özlərinə qapanaraq ətrafda baş verənləri tamamilə unudurlar və məhz belə anlarda onların beyinlərində dahi fikirlər meydana gəlir.

Onlar gözəl müşahidəçidirlər – ətrafda baş verənləri çox gözəl analiz edə bilirlər.

Yeni ideyalar üçün mənbəni onlar istənilən yerdən ala bilirlər. Bu mənzərələr, binalar, paltarın və ya dekorun elementləri ola bilər. Hər hansı bir xırda detala ilişərək bu insanlar şah əsəri yarada bilər, sözlərdən böyük bir tarix yaza bilərlər.

Onlar üçün günün nizamı mövcud deyil.

Səhər saat 7-də oyanmaq, günorta yemək, saat 19-da şam yeməyi yemək və saat 22-də də yatmaq birmənalı olaraq yaradıcı insanlar üçün deyil. Onlar istədikləri vaxt işləyəcək, imkan düşən kimi yemək yeyəcək (ətta bəzən bunu tam unuda da bilərlər) və istənilən vaxt istənilən bir yerdə yatacaqlar. Hətta yazı masasının arxasında belə.

Onlar tənhalığı sevirlər.

Çoxları tənhalıqdan qorxurlar, lakin bunu yaradıcı insanlar barədə demək doğru olmaz. Onlar üçün bu ətraf aləmin aqressiyasından, cəmiyyətdə baş alıb gedən formallıqdan gizlənmək üçün əla vasitədir. Tənh qaldıqları zaman onlar çox gözəl bilirlər ki ilham pərilərini artıq heç kim qovmaz və buna görə də reallıqdan həzz alırlar.

Onlar həmişə nəsə yeni bir şeyi slnaqdan keçirmək istəyirlər.

Rutin işlər nədir? Yaradıcı insanlar bu barədə heç vaxt eşitməyiblər. Həyatın yeknəsəq ritmi – iş – ev – yuxu – onların başına gələ biləcək ən pis hadisələrdəndir. Onlara adrenalin, hərəkət və yeni emosiyalar lazımdır.

Onlar risk etməkdən qorxmurlar.

Yeni bir şey fikirləşmək üçün bəzən gözlənilməz addımlar atmaq və risk etmək lazım gəlir. Bu işlə, şəxsi həyatla bağlı qərarlar ola bilər. Risk etmədən yeni bir şey yaratmaq mümkün deyil.

Onlar üçün uğursuzluqlar və səhvlər böyük motivasiyadır.

Həyat bildiyimiz kimi ağ-qara zolaqlardan ibarətdir. İnanılmaz bir uğurun ardıyca möhtəşəm bir iflas gələ bilər. Bütün dahi ixtiraçılar və rəssamlar nə zamansa şübhələrə düşür və səhvə yol verirlər. Lakin digər insanlar belə uğursuzluqlarla qarşılaşdıqları zaman yarı yoldan hər şeyi tərk edirsə yaradıcı insanlar əsla dayanmır və yola davam edirlər. Sözsüz ki inadkarlıq yalnız qeyri standart düşünən insanlara xas olan əlamət deyil, lakin bu onlar üçün daha vacibdir.

Onlar ilhamverici işlərlə məşğul olurlar.

Bütün yaradıcı insanlar üçün vacib olan bir cəhət sevdikləri işlə məşğul olmalarıdır. Onlar üçün nüfuz qazanmaq böyük əhəmiyyət kəsb eləmir. Yeni şeylər yarada bilmək azadlığı onlar üçün xoşbəxtliyin təcəssümüdür.

Yaradıcı insanlar tez-tez özlərini başqalarının yerinə qoyurlar.

Bu onlar üçün çox maraqlıdır – digərlərinin həyat fəlsəfəsini dərk etmək və dünyaya başqa bir prizmadan baxa bilmək. Bir anlıq başqa bir insan kimi düşünməyə başlamaq özünüinkişaf üçün çox əla bir vasitədir. Bu eyni zamanda ətradakı insanlar da anlamağa yardım edir.

Heç bir şey onların gözlərindən yayınmır.

Bu insanlar xırda detalları bütöv bir şəkildə birləşdirmək bacarığına malikdirlər.  Digərləri görə bilmədikləri şeyləri görə bilirlər və baş verən hər hansı bir hadisənin səbəbini anlamaq üçün öz şəxsi müşahidələrindən istifadə edirlər.

Belə tip insanlar olmasaydı həyat çox darıxdırıcı və cansıxıcı olardı. Yaradıcı insanlar bizi inkişaf etməyə sövq edir və müsbət istiqamətdə inkişafımıza təkan verirlər. Desək ki onlar qyer-yaradıcı insanlardan 100% ərqlənirlər, səhv etmiş olarıq, sadəcə onlarda daim nəsə yenilik yaratmaq həvəsi var. Orijinallıq və kəşf edilməmiş nəyisə kəşf etmək istəyi isə hər birimizdə olmalıdır.

Maraqli.info

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!