Frame LifeSağlamlıqSosialTəqdimat

“YAŞAT” Fondu “Zərif görüş” layihəsini reallaşdırır

“YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhidlərimizin həyat yoldaşları üçün “Zərif görüş” layihəsinə start verilir.

 

Əsas məqsəd onları bir araya gətirməklə qarşılıqlı tanışlığı və ünsiyyəti təmin etmək, mənəvi dəstəyi gücləndirmək və sosial həmrəyliyi artırmaqdır. Layihə müsbət psixoloji mühit formalaşdırmağı, gələcəyə ümidli baxışı təşviq etməyi və xanımların şəxsi potensiallarını kəşf etmələrinə dəstəyi hədəfləyir.

 

Bu çərçivədə ilkin olaraq 25 xanımın iştirakı ilə səhər yeməyi təşkil olunub.

 

Tədbir müddətində psixoloqla interaktiv dialoqlar qurulub və ASAN İnnovativ İnkişaf Mərkəzinin (AİİM) təlimçisi tərəfindən “Şəxsi potensialın fərqindəliyi” mövzusunda təlim keçirilib. Eyni zamanda iştirakçılara müxtəlif hədiyyələr təqdim edilib.

 

Sponsorlar; NEQSOL Holding, “Bakcell” və “Norm” ASC;

 

Tərəfdaş: “Günaydın” restoranı;

 

Dəstəkçilər: “Arzum Beauty” mağazalar şəbəkəsi, “Gənc Psixoloqlar” İctimai Birliyi, AİİM;

 

Media tərəfdaş: ASAN TV/Radio

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!