“Yaşıl marafon” kampaniyasına Dövlət Turizm Agentliyinin əməkdaşları da qoşulub
IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl marafon” kampaniyası çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib.
Frame.az xəbər verir ki, aprelin 24-də Bakının Xocasən qəsəbəsində keçirilən aksiyaya Dövlət Turizm Agentliyinin əməkdaşları da qoşulub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, IDEA İctimai Birliyinin, Dövlət Turizm Agentliyinin əməkdaşlarının və könüllülərin iştirakı ilə 1 hektar ərazidə 750-dən artıq müxtəlif cinsli ağac əkilib.
Qeyd edək ki, bu il yaz və payız əkin mövsümlərində ölkə üzrə 1 milyona yaxın ağacın əkilməsi nəzərdə tutulur.