IqtisadiyyatSağlamlıqTəqdimat

Yeni Klinikada tam yeni xidmət

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Yeni Klinika tibb müəssisəsində yeni şöbə və bölmələrin yaradılması davam edir. 

Belə ki, tibb müəssisəsində Alqologiya (Ağrı Təbabəti) bölməsi fəaliyyətə başlayıb. 

Bölmədə ağrının səbəbləri aşkar edilməklə diaqnoz, müalicə və izlənilməsi təmin edilir. 

Alqologiyada ağrının səbəbi müəyyən edildikdən sonra onun mənbəyi ən uyğun dərman və müdaxilə üsulları ilə müalicə olunur. Əməliyyatxanada rentgen cihazı (flüoroskopiya), ultrasəs kimi görüntüləmə üsulları ilə sümüklər, sinirlər və ətrafdakı toxumalar vizuallaşdırılır. Xəstəxanada yatışa ehtiyac olmadan isə həmin ağrılı bölgələrə steril şəkildə iynələr vasitəsilə müdaxilə edilir.  

Bölmədə xroniki ağrıların müalicəsində istifadə olunan bütün konservativ və invaziv müdaxilə üsulları tətbiq edilir. 

Qeyd edək ki, bölməyə xronikiləşmiş ağrılarla yaşayan, uzun müddət müalicə almış, cərrahiyyə göstərişi olmayan və artıq müalicəyə tabe olmayan xəstələr də müraciət edə bilərlər. 

Məlumat üçün bildirək ki, alqologiya elminin məqsədi insanın xroniki ağrılar nəticəsində itirdiyi həyat keyfiyyətini bərpa etməkdir. 

Ağrı poliklinikasına müraciət edən xəstələrdə ən çox rastlanan şikayətlər isə bunlardır:
Bel, ayaq, boyun, çiyin, qol, baş  və üz ağrıları; 

Fərqli sinir nevralgiyaları;
Damarların tıxanması səbəbiylə yaranan ağrılar;

Fantom və güdül ağrıları;
Onkoloji xəstəliklərə bağlı ağrılar;
Səbəbi bəlli olmayan ağrılar. 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!