IdmanƏyləncə

Yeniyetmə və Gənclərdən ibarət seçmə komandalarımız Rusiyanın Soçi şəhərində Avropa çempionatında iştirak edəcək

Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə Baş katib MirHəsən Seyidov, milli komandanın məşqçiləri Vahid Ayvazov (kata), Şahin Xudaverdiyev, Anar Allahverdiyev, Denis Morozov, beynəlxalq hakim Cahangir Babayev və mətbuat katibi Sənan Məhərrəmov da yer alıb.

Məşqçilər heyəti bu məsul yarışda 27 idmançının çıxış etməsinə üstünlük verib. Onlardan Fərid Ağayev (-52 kq), Əminağa Əliyev (-57 kq), Tale Yaqubov (-63 kq), Polina Hurenko (-47 kq), Fidan Dadaşova (-47 kq) və Ayla Rzazadə (+54 kq), Həsənəli Həsənov (kata) və Suzanna Aslanova (kata) 14-15 yaşlı yeniyetmələr arasında döyşəcək. 16-17 yaşlı gənclərin yarışında Müseib Məmmədov (-55 kq), Hümmət Baxşəliyev (-61 kq), Məhəmməd Məmmədov (-68 kq), Fərid Şahbazlı (-76 kq), Musa Sarızadə (+76 kq), Mədinə Sadıxova (-48 kq), Renata Ərəbli (-53 kq), Səma İmanzadə (-59 kq), Bəsti İsmayılova (+59 kq) və Ceyhun İismayılov (kata), 18-20 yaşlı gənclərdə isə Ülvi Qurbanov (-60 kq), Hüseyn Əliyev (-67 kq), Ruslan Əhmədov (-75 kq), Murad Balakişiyev (-84 kq), Murad Hacızadə (+84 kq), Asiya Məlikova (-50 kq), Aytac Əliyeva (-55 kq), Fəridə Əliyeva (+67 kq) və Roman Heydərov (kata) mübarizə aparacaq. Soçidə 14-18 yaşlı yeniyetmə və gənclərin 45-ci, 18-21 yaşlı gənclər arasında isə 10-cu qitə çempionatında 44 ölkədən 956 idmançı iştirak edəcək.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!