EventsFestivallarMədəniyyətTeatrTəqdimat

YUĞ Teatrı Qazaxıstanda keçiriləcək Beynəlxalq Teatr Festivalında iştirak edəcək

Azərbaycan Dövlət YUĞ Teatrı Qazaxıstanda baş tutacaq “BİKEN” Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

Sözügedən festival Qazaxıstanın Xalq artisti Biken Rimovoyun 100 illik yubileyi ilə əlaqədar 29 sentyabr – 4 oktyabr tarixlərində Rimovoy adına Taldıkorqan  Dram Teatrında keçiriləcək.

Festival çərçivəsində YUĞ Teatrı C.Məmmədquluzadənin “Çay dəstgahı” əsəri əsasında rejissor Günay Səttarın quruluşunda hazırlanmış “Toy dəstgahı” tamaşası ilə 3 oktyabr tarixində çıxış edəcək.

Səhnə əsərində xanla xanım çaydan zəhərləndiyinə görə müqəssir axtarılır. Alleqorik personajlar öz aralarında bu hadisəyə səbəb olan günahkarı axtararaq günahsız birini ittiham edir və onu qurban verirlər.

Qeyd edək ki, tamaşada aktyorlar Vüqar Hacıyev, Təranə Ocaqverdiyeva, Oqtay Mehdiyev, Amid Qasımov, Elgün Həmidov, Günəş Mehdizadə və Nigar Mürsəlova iştirak edir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!