Yumruqların savaşı

Boks – iki adamın müəyyən qaydalar çərçivəsində, hücum və müdafiə məqsədi ilə yumruqlarından istifadə edərək bir-birinə həmlə etdikləri bir idman növü. Boks qarşılaşmaları dünyanın çox ölkəsində maraqla izlənilir. Amma şiddət ehtiva etməsi səbəbiylə bu idmanın qadağan edilməsi lazım olduğunu düşünənlər də vardır.

Boks qarşılaşmaları rinqdə keçirilir. Rinq, 3 sıra kəndirlə bağlı və yerdən yüksəkdə kvadrat formasında bir sahədir. Professional boksda rinqin böyüklüyü 5-6 m², həvəskar boksda isə ən az 3-6 m²dir. Boks qarşılaşmalarında, hər iki boksçu da eyni çəkidə (ağırlıqda) olmalıdır.

Professional və həvəskar boksun qaydaları bir-birindən fərqlidir. Həvəskar boksçular 227 qr ağırlığında, professional boksçular isə ağırlığı 170-283 qr arasında dəyişən əlcəklər istifadə edərlər. Professional boksçular yalnız şort, həvəskar boksçular isə şort və atlet geyər. Həm həvəskar həm də professional boksçular qarşılaşmada diş və qasıq qoruyucuları istifadə edərlər. Həvəskar boksçular ayrıca qoruyucu başlıq taxırlar. Müasir boks XVIII əsrin əvvəllərində İngiltərədə təşəkkül tapıb. 16 avqust 1743-cü ildə İngiltərə çempionu Cek Broton ilk qaydalar toplusunu – Broton qaydalarını hazırlayıb. 1867-ci ildə markiz Kuinsberrinin yeni boks yarış qaydaları qəbul olunub. Bundan sonra boks idman növü kimi inkişaf etməyə başlayıb. Artıq döyüş raundlara bölünməyə başladı. Raundlar arası qısa fasilələrdə idmançıların dincəlməsi yarışın tempini və hərəkət dinamikasını xeyli artırıb.

Tutmalara qadağa qoyulması boksu güləşə oxşamaqdan xilas edib. Daha yumşaq əlcəklərdən istifadə olunması təhlükəsizlik yaratmaqla yanaşı, zərbələrin rəngarəngliyini də artırıb. Kuinsberrinin yarış qaydaları müasir boksda həm peşəkarlar, həm də həvəskarlar üçün əsas qayda oldu.

Pərvin Bayramov

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: