SağlamlıqTəqdimat

Yuxusuzluq tez-tez rast gəlinən və müalicə edilə bilən xəstəlikdir-Dr.Günel Ümid

Yuxu — beyin fəaliyyət normasının minimal səviyyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji proses. Bu proses məməlilərə, quşlara, balıqlara və bəzi başqa heyvanlara, həmçinin bəzi həşəratlara (məsələn, drozofillərə) məxsus prosesdir.

Bütün canlı varlıqlar öz güclərini bərpa etmək və həyat fəaliyyətini davam etdirmək üçün istirahətə ehtiyac duyurlar. Məcburi yuxu canlıların bütün cismi və zehni fəaliyyətlərini dayandırır.

Yuxu pozğunluğu deyildikdə ən çox qarşılaşılan vəziyyətlər: yata bilməmək, yuxuya getməmək, yuxu kəsilməsi ya da səhər erkən saatda oyanıb yenidən yuxuya getməmək nəzərdə tutulur. Lakin çox yatmaq ya da yastığı görər-görməz yuxuya getmək də yuxu pozğunluğudur. Yuxusuzluğun ən çox bilinən növü psixofizioloji olanıdır. Bütün yuxu xəstəliklərinin əlaməti olaraq ortaya çıxa bilir. Bundan başqa daxili, psixiatrik və dərmanlarla əlaqəli vəziyyət də yarana bilər. Psixofizioloji yuxusuzluq tipik olaraq stres kimi faktorlar baş verərkən əmələ gəlir. Psixofizioloji yuxusuzluqda bütün diqqət yata bilməmək üzərində toplanır. İdiopatik yuxusuzluq vəziyyəti isə xroniki və ciddi yata bilməmək və yuxunu davam etdirə bilməməkdir. Yataqda olarkən yuxuya getmək vaxtı çox uzun ola bilir və yuxu qısa oyanmalara parçalanır. Buna səbəb olan nevroloji pozulma yüngül ilə şiddətli dərəcələrdə olduğu kimi yata bilməmək də yüngül və ya ağır və hətta dayanılmaz ola bilir. Daha kəskin hallarda xəstələr iş görə bilməyəcək vəziyyətə düşürlər. Bununla birlikdə, yuxuda gəzmək, yuxuda qorxu kimi yuxu pozuqluqları da geniş yayılmışdır. Yuxusuzluq tez-tez rast gəlinən və müalicə edilə bilən xəstəlikdir. Müalicə edilmədikdə, mühüm xəstəliklərə və hətta ölümə yol açır, depresiyanın inkişaf etməsində risk faktoru ola bilər.

Frame.az

https://www.instagram.com/dr.gunel_umid/

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!