Beynəlxalq Muğam Mərkəzində “Hüseyn Cavidin yaradıcılığında Musiqi dünyası” adlı tədbir keçirilib

İyunun 2-də Beynəlxalq  Muğam Mərkəzi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə layihəsi əsasında “ Hüseyn Cavid yaradıcılığında musiqi dünyası “ adlı musiqili-ədəbi gecə kecirildi.

İlk olaraq tədbirin aparıcısı,bədii qiraətçi,Əməkdar artist,dosent Azad Şükürov H.Cavid yaradıcılıgından və onun poeziyasının Azərbaycan musiqisində və muğamlarımızdakı önəmli yerindən danışdı.

Tədbirdə tamaşaçılara H.Cavidin həyatını əks etdirən videoçarx təqdim olundu.

Gecənin bədii hissəsində ADMİU-nin Muğam sənəti kafedrsının baş müəllimi,Əməkdar artist Nuriyyə Hüseynova ikinci kurs tələbəsi Məftun Səfərli  ilə birlikdə çıxış etdilər.Gecədə ADMİU-nin xalq çalğı alətləri ansamblının üzvləri Emil Mirzəyev (tar),Ceyhun Mirzəyev(kamança),Samirə Əliyeva(kanon),Vüqar Əhmədov(ud),Sübhan Əhmədov(balaban),Soltan Məmmədov(nağara) çıxış etdilər.

Gecədə H.Cavidin şeirləri və sözlərinə yazılmış mahnılar,müxtəlif muğamlar üstündə qəzəlləri ifa olundu.

Tədbir tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.

BMM-in və ADMİU-nun birgə layihələri davam edəcək.

Beynəlxalq Muğam Mərkəzinin yeni möhtəşəm layihəsi-“Muğam axşamları” çərçivəsində İyunun 6-da  “Segah” muğamı səslənəcək.

İyunun 7-də isə  2 caz konserti baş tutacaq: Öndər Focan (Türkiyə) və Elçin Şirinov trio qrupu(Azərbaycan).

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: