Beynəlxalq Muğam Mərkəzində Əməkdar incəsənət xadimi Mobil Babayevin yaradıcılıq gecəsi keçirildi

Oktyabrın  10-da “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi əsasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bəstəkar, Əməkdar İncəsənət Xadimi Mobil Babayevin yaradıcılıq gecəsi keçirildi.

 Gecə “Gunəşli səhər” kinofilmindən kompazisiya ilə açıldı.    
Tədbirdə Xalq artisti Ənvər Sadıqovun bədii rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun “Qaytağı” instrumental ansamblı  cixiş etdi.
Gecədə Əməkdar artist Lalə Məmmədova, Əməkdar artist Səbinə Əsədova, Adil Axundov  və başqalarıda çıxış etdilər.
Bəstəkarın tanınmış və çox sevimli əsərləri səsləndi. Gecə tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, bu gün saat 19:00-da  Beynəlxalq Muğam Mərkəzinin səhnəsində “Muğam axşamları” layihəsi çərçivəsində “Mahur- Hindi” və “Bayatı-Kürd”  muğamlarını  Kamilə Nəbiyeva, Abgül Mirzəliyev  və Hüseyn Məlikov ifa edəcəklər.
 Xanəndələri “Muğam” instrumental ansamblı müşaiyət edəcək. Ansablın bədii rəhbəri Əməkdar artist  Sahib Paşazadədir.
Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: