FinansIqtisadiyyatPR-TanıtımTəqdimatƏn Son

100 gün güzəşt müddəti olan kart satışa çıxır

30 iyun 1993-cü ildən fəaliyyət göstərən “Rabitəbank” ASC restaylinq edib.

Frame.az-ın məlumatına görə, bundan sonra Bank yeni loqo, yeni rəng (yaşıl), yeni üslub və “Rahat bankçılıq” şüarı ilə yoluna davam edəcək.

Bu gün “Boulevard Hotel Baku”da keçiriən tədbirdə “Rabitəbank” ASC-nin İdarə Heyətinin Sədri Elçin Qədimov Bankın restaylinqini təqdim edib.

Elçin Qədimov bildirib ki, “Rabitəbank” yaşıl rənglərə keçid edərək restaylinq deyil, rebrendinq etmişdir. Yaşılın 3 ton palitrasından ibarət olan yeni loqo, dayanıqlılıq, inkişaf və rəqəmsallıq anlayışlarını ifadə edir. Loqonun fiqurları isə “Rabitəbank” adında “R” və “B” hərflərinin birləşməsini xatırlatmaqla bərabər, həm də müasir rabitə vasitəsi olan danışıq pəncərəsini (chat bubble) xatırladır.

Loqosu daxil üslubunu dəyişən və yaşıl “don” geyinən “Rabitəbank” ASC “Kartmane” kredit kartını da təqdim edib.

“Kartmane” kredit kartı 100 gün güzəşt müddəti təqdim edir, bu, Azərbaycanda ilkdir.

Kart sahibləri Bankdan kredit alıb xərcləyərək, 100 gün ərzində faizsiz geri ödəyə bilərlər.

“Kartmane” 10%-dək cashback də təqdim edir.

Kart Dekabrın 1-dən satışa təqdim ediləcək.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!