ABC Tədris və İnkişaf mərkəzi daha bir gözəl layihəyə imza atıb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İbtidai təhsil fakültəsinin Pedaqoji təhsilin problemləri elmi-tədqiqat laboratoriyasının elmi işçisi, Əməkdar müəllim Zülfiyyə Vəliyeva ilə birgə ABC Təhsil və İnkişaf Mərkəzində “Keyfiyyətli təhsil-səriştəli müəllim kompetensiyaları” mövzunda ödənişsiz təlim keçirilib.

Təlimdə mərkəz əməkdaşları ilə yanaşı, Binəqədi rayon məktəblərində işləyən müəllimlər də iştirak ediblər.

İştirakçılar təlimdə bilik və bacarıqlarını nümayiş etdirməklə yanaşı, əldə etdikləri yeniliklərin iş prosesində tətbiqi ilə bağlı görəcəkləri işlər haqqında məlumat veriblər.

Sonda Zülfiyyə Vəliyeva tədbir iştirakçılarına mövzu ilə bağlı materiallar təqdim edib.

İştirakçıların istəyin və tələbatları nəzərə alaraq silsilə şəkilli tədbirlər keçirmək qərarı alınıb.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: