Açıq səma altında yerləşən kinoteatrımıza xoş gəlmisiniz!

3 iyun tarixində Park Cinema Amburan Beach Club-da yay mövsümünə start verir

Havalar düzəlib, filmlər də artıq hazırdır, əhvalımız isə yüksəkdirsə, deməli sabah artıq yay mövsümünə start verilir!

Hər yay Park Cinema Amburan Beach Club –da açıq səma altında yerləşən kinoteatrını ziyarətçilərin istifadəsinə verir. İyun ayının 3-dən etibarən kinosevərlər burada filmlərdən və məhz onlar üçün yaradılmış komfortlu şəraitdən zövq ala bilərlər.

Kinoteatrın repertuarına isə yeni xarici filimlərlə yanaşı yerli filimlər də əlavə oluncaq, gələn həftə boyunca isə məhz bu filmlər nümayiş etdiriləcək :“Ecazkar qadın”, “Malubi xilaskarları” və Azərbaycanın ilk uşaq komediyası “Samedik”.

«Kinoteatr yay mövsümünün sonuna kimi fəaliyyət göstərəcək, seanslar isə 20:00-dan etibarən başlayacaq. Hər birinizi kinoteatrımızda görməkdən şad olarıq və sevimli izləyicilərimizi yay fəslini bizimlə birgə Amburanda keçirməyə dəvət edirik » kinoteatrın Marketinq üzrə Direktoru Musa Axundov bildirmişdir.

03-07 iyun tarixlərinə olan SEANSLARIN CƏDVƏLİ :

Samedik 20:10

Ecazkar qadın 21:10

Malibu xilaskarları 00:00

Biletləri onlayn və ya kinoteatrın Amburan Beach Club-da yerləşən kassalarından əldə edə bilərsiniz.

Qeyd edək ki, Park Cinema – Azərbaycanda müasir çox zallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə Park Bulvar, Metro Park, Zagulba Mall ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu Flame Towers, həmçinin Masallı rayonundakı “ASAN Həyat”-da yerləşən kinoteatrlar və Amburan Beach Club-da yerləşən yay kinoteatrı daxildir. Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: