ADO növbəti il üçün də keçiriləcək festivala dəvət alıb

ADO-nun Oriak festivalında 5-ci və 6-cı çıxışı da uğurlu olub.

Festivalda nümayiş olunan “Hamam” performansı böyük diqqətlə qarşılanıb. Nümayişdən sonra izləyicilər və digər ölkələrdən festivala qatılan incəsənət nümayəndələri performansın ifaçısına ADO və Azərbaycan haqda suallar da ünvanlayıblar.

ADO növbəti il üçün də keçiriləcək adı çəkilən festivalda iştirak dəvəti alıb.

Qeyd edək ki, Fransada keçirilən 69-cu Oriak beynəlxalq küçə teatrı festivalına Azərbaycandan ADO qatılıb. Festival ADO üçün gündə 2 dəfə olmaqla 8 nümayiş saatı ayırıb.

26 avqust festivalın bağlanış mərasim keçirilib.
“Hamam” performansının rejissoru Elmin Bədəlov, ifaçısı Elsa Furtadodur.

Nümayişdən çəkilmiş yeni fotoları təqdim edirik.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: