AIESEC-dən növbəti festivalı qaçırmayın

Global Village AIESEC Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən 2011-ci ildən bəri hər il keçirilən rəngarəng, enerjili mədəniyyət festivalıdır. Dünyanınmüxtəlif ölkələrindən olan nümayəndələr dostluq abu-havasını yaratmaq və dünyanın necə rəngarəng və unikal olduğunu göstərmək üçün bir yerə toplaşacaqlar!
Tədbirin qonaqları müxtəlif ölkələrin musiqisi, rəqsləri, incəsənət və adət-ənənələrindən zövq ala bilərlər, çünki yalnız mədəni anlaşma və tolerant münasibət vasitəsilə dünyada birlik və harmoniya əldə edə bilərik.

Global Village tədbirində sizə AIESEC Azərbaycan tərəfindən dünyanın 30-dan çox ölkəsindən Azərbaycana Global VOlunteer proqramı ilə dəvət olunan xarici könüllülər öz mədəniyyətlərini, adət-ənənələrini təqdim edəcəklər. Onlar Bakıda AIESEC Azərbaycan tərəfindən təşkil olunmuş müxtəlif layihələrdə çalışırlar.

Vaxt: 23 avqust 2017, 18:00
Tədbir Bakı Bulvarında, Azərbaycan Dövlət Kukla Teatrının arxasında keçiriləcək.
Tədbirdə iştirak pulsuzdur.

Gəlin və unudulmaz, şən və macəralı abu-havanın bir hissəsi olun!

Ülviyyə Ədalətqızı

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: