“Arts School” rəssamlıq məktəbinin şagirdlərinin hesabat sərgisi keçiriləcək

14 iyun tarixində 19:00-da “Art Tower” qalereyasında “Arts School” rəssamlıq məktəbinin şagirdlərinin hesabat sərgisi keçiriləcək. Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı və Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə gerçəkləşəcək.

2010-cu ildən fəaliyyət göstərən Art School məktəbi Arts Council Azerbaijan təshkilatının layihəsidir və gənc rəssamların inkişafı üçün yaradılıb. Məktəbin rəhbəri Sona Quliyevadır.

Sərgidə Səyyalı Məmmədovanın gənc rəssam tələbələri Məmmədli Sürəyya, Qurbanzadə İsrafil, Həsənova Fatimə, Hacıyeva Sədəf, Qasımzadə Mehdi, Rzayev Orxan, Muradova Neslixan, Rzayeva Mehriban, Həsənova Nazilə, Qurbanov Məhəmməd, Bayramova Qəmər və başqalarının sənət əsərləri nümayiş olunacaqdır.

Sərgi 23 iyun tarixindən davam edəcək. Art Tower qalereyasının iş vaxtları hər gün saat 10:00-17:00. Istirahət günləri bazar və bazar ertəsi

İnformasiya dəstəyi: Trend.az, Day.az, Milli.az, Yanicaq.az, Art, Azetac, Frame.az.

Şərab dəstəyi: Hillside brendi

Giriş sərbəstdir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: