“ASAN xidmət” mərkəzlərində “Yaşlı könüllülər” layihəsinin ikinci mərhələsinə start veririlir

“ASAN xidmət” mərkəzlərində “Yaşlı könüllülər” layihəsinin ikinci mərhələsinə start verilir. Təqaüdə çıxmış vətəndaşlar könüllülük fəaliyyəti üçün bütün “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Bu barədə Frame.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, layihənin məqsədi “ASAN Könüllülük” Məktəbi vasitəsilə təqaüd yaşına çatmış şəxslərin təcrübə mübadiləsinə cəlb edilməsi, asudə vaxtlarının səmərəli təşkili, cəmiyyətdə aktiv rol oynamağa dəvət olunması, onlara sosial inteqrasiya və yeni insanlarla tanış olmaq imkanının yaradılmasıdır.

Layihə “Könüllülüyün yaşı yoxdur” şüarı altında həyata keçirilir.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: