“Atəşgah” Cümhuriyyət zirvəsi”ni fəth etdi

22 illik fəaliyyəti dövründə tariximizin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasını əsas tutan, Azərbaycan sığorta bazarının aparıcı şirkətlərindən biri olan “Atəşgah” Sığorta Şirkətinin 16 nəfər əməkdaşından ibarət qrup “Atəşgah” SŞ İdarə heyətinin sədri Azər Əliyev başda olmaqla, 30 İyun-1 İyul 2018-ci il tarixlərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş, Qusar rayonu ərazisində, Tufandağın yan silsiləsində yerləşən “Cümhuriyyət zirvəsi”- nə  uğurlu alpinist yürüşü həyata keçirmişdir. Olduqca çətin marşrutlardan ibarət bu yürüş Azərbaycanın ən qədim və ən ucqar yaşayış məntəqələrindən biri sayılan Xınalıq kəndindən başlamışdır. Şirkət əməkdaşları 1 iyul 2018-ci il tarixində, saat 11:30-da böyük şücaət göstərərək 3740 metrlik zirvəni uğurla fəth etmiş və orada bayrağımızı dalğalandırmışlar.

Beləliklə, “Atəşgah” Sığorta Qrupu Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik ildönümü münasibətilə təşkil olunan, şirkətin xanım əməkdaşlarının da iştirak etdiyi bu möhtəşəm yürüşlə öz fəaliyyət prinsipinin tərkib hissəsi olan və daim əməl etdiyi “tariximizə ehtiram və vətənpərvərliyin təbliği” missiyasını Azərbaycanın ucqar nöqtələrindən birində – “Cümhuriyyət zirvəsi”- ndə həyata keçirmiş oldu.

Xatırladaq ki, “Atəşgah alpinist klubu”-nun üzvləri 2010-cu ildən bəri mütəmadi olaraq Heydər zirvəsi, Şahdağ zirvəsi və digər yüksəkliklərə yürüşlər etmişlər.

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. 2003-cü ildə Azərbaycan sığorta şirkətləri arasında ilk olaraq İSO 9001:2000 beynəlxalq standartı üzrə idarəetmə sistemində keyfiyyətə nəzarət üzrə sertifikat almışdır. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: