“Atəşgah” SQ. bu ilin 1-ci rübündə 20 milyon manat sığorta haqqı toplayıb

Azərbaycan sığorta bazarının liderlərindən olan “Atəşgah” Sığorta Qrupu 2019-cu ilin birinci rübüüzrə maliyyə hesabatını təqdim edib. Beləki, şirkətlərin cari ilin yanvar-mart ayları ərzində topladığı sığorta haqlarının ümumi həcmi20 milyon manattəşkil edib.

“Atəşgah” Sığorta Şirkətininbu ilin ilk rübü ərzində topladığı sığorta haqlarının həcmi 10,5 mln. manat təşkil edib ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 24,80% çoxdur.

“Atəşgah” SŞ -nin 2019-cu ilin birinci rübü ərzində ən çoxödəniş etdiyi sığorta növü avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmuşdur ki, bu sığorta növü üzrə ödənişin ümumi məbləği 3,3 mln.manat təşkil etmişdir. Qeyd edək ki, bu rəqəm keçən ilin eyni dövrü ilə müqayisədə 26% çoxdur.

“Atəşgah” Sığorta Qrupuna daxil olan “Atəşgah Həyat” Sığorta Şirkətininsığorta haqları 9,2 mln.manattəşkil edib.

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.

Frame.az

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloqqer bunu bəyənir: