“Avromed” şirkəti Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 1 000 000 AZN köçürüb

Separatçıların işğal etdikləri ərazilərin azad edilməsi uğrunda şiddətli və davamlı döyüşlər aparan Azərbaycan ordusuna dəstək məqsədilə “Avromed Company” QSC Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 1 000 000 manat məbləğində vəsait köçürüb.

“Cəsur ordumuzun uğurları və nailiyyətləri ilə qürur duyuruq və bütün mümkün yollarla dəstəkləməyə hazır olduğumuzu bildiririk!” – şirkətin bəyanatında deyilir.

Bununla yanaşı bütün əsgər və hərbi qulluqçularımızın həyatının təhlükədə olduğu şəraitdə onların bütün lazımi tibbi vasitələrlə təmin edilməsi zərurətini nəzərə alaraq

“Avromed” QSC təmas xəttində yerləşən yaşayış məntəqələrinin dərman təchizatı ilə bağlı məsələləri xüsusilə diqqətdə saxlayır. Şirkət bu istiqamətdə təxirəsalınmaz vacib tədbirlərin görülməsi üçün bütün əlaqəli dövlət qurumlarına tam dəstək göstərir.“Avromed” hərbi əməliyyatlar başladığı gündən təmas xəttində yerləşən yaşayış məntəqələrinə və cəbhəyə lazımi həcmdə dərman, o cümlədən digər tibbi vasitələr göndərib və hər an göndərməyə hazırdır.

Qeyd edək ki, “Avromed”-in baş ofisi və cəbhə bölgələrinin daxil olduğu regional idarələri operativ iş rejimində fəaliyyət göstərir. Baş ofisdə bu prosesləri tənzimləyən Qərargah yaradılıb. Gücləndirilmiş rejimdə fəaliyyət göstərən Qərargah döyüşlərin getdiyi ərazilərdə dərman təchizatı üçün təcili durum yaranarsa, bu kimi halların operativ şəkildə həll edilməsinə tam hazırdır.

“Avromed” QSC olaraq tərəfimizdən cəbhə xəttində yerləşən rayonlarda ehtiyat tədbirləri görülür, əhalinin, o cümlədən xəstəxanaların lazımi dərmanlarla təminatı ilə bağlı məsələlər nəzarətdə saxlanılır.

Ordumuzla qürur duyur, Allahdan onlara güc və zəfər diləyirik!

Frame.az

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: